Tbilisidə Gürcüstan XİN-in pavilyonunda Bakıya həsr olunan art-obyekt nümayiş etdirilib – FOTO

Siyasət

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Müstəqillik Günü münasibətilə Tbilisidə, Rustaveli prospektində pavilyon təşkil edib.

“Report” xəbər verir ki, parlament binasının qarşısındakı meydançada müxtəlif mövzularda vizual material və məlumatlar təqdim edilib.

Ziyarətçilər pavilyonda 1991-ci ildən indiyədək Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nəticələr barədə məlumatlarla tanış ola biliblər.

Meydançada həmçinin Gürcüstanın bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdiyi ölkələr barədə məlumat da təqdim edilib. Bununla yanaşı, Tbilisinin qardaşlaşdığı Bakı, İstanbul, Kişineu, Kiyev, Tehran, Doha, Sofiya və digər şəhərlərə həsr olunan müxtəlif rəngli və formalı daşlardan yaradılmış art-obyektlər də nümayiş etdirilib.

Pavilyonda həm uşaqlar, həm də böyüklər müxtəlif əyləncə tədbirlərində iştirak ediblər. Müasir texnologiyaların köməyi ilə virtual olaraq Avropa şəhərlərinə səyahət etmək, 1918-ci ildə qəbul edilmiş Gürcüstanın Müstəqillik Aktını imzalamaq və xatirə şəkilləri çəkdirmək mümkün olub.

Rustaveli prospekti boyu müxtəlif mövzulu stend, pavilyon və guşələr çoxsaylı ziyarətçi cəlb edib. Tbilisi sakinləri və qonaqları Azadlıq meydanında sərgilənən Gürcüstanın yerli istehsalı olan “Delta” zirehli maşınları və xüsusi texnikanı da böyük maraqla qarşılayıblar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir