Əfv sərəncamı ilə azadlığına qovuşan zəriflər – FOTOREPORTAJ

Siyasət

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Oxu.Az xəbər verir ki, bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə iki qadına şamil olunub.

Məhkumlar müvafiq arayışlar təqdim edilməklə azadlığa buraxılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam ümumilikdə 213 nəfər əfv edilib.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

Könül Cəfərli
FOTO: “Report” İnformasiya Agentliyi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir