Azərbaycanın dövlət başçısı Xorvatiya Prezidentinə təbrik ünvanlayıb

Siyasət

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.

Bu barədə məlumatı Prezident.az yayıb. 

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir