Əziz Səncər: “Məmləkətim deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”

Siyasət

“Bu gün Türk dünyasında ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümüdür. Bu münasibətlə Azərbaycanı, bütün Türk dünyasını təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün “TEKNOFEST Azərbaycan” texnoloji festivalında çıxışında Nobel mükafatı laureatı Aziz Sancar bildirib.

Əziz Səncər deyib ki, “TEKNOFEST Azərbaycan” texnoloji festivalında iştirakı üçün çox xoşbəxtdir:

“Bir tövsiyəm var. Mən xərçəng xəstəliyi ilə bağlı çalışarkən Nobel mükafatı almaq üçün çalışmadım, insanlığa xeyir vermək üçün çalışdım. Dürüst, əxlaqlı olun. Bu formada çalışarkən mükafatınızı da alarsınız. Fatih Sultan Mehmet İstanbulu fəthdən əvvəl demişdi ki, ya mən səni alacam, ya da sən məni alacaqsan. Əziz gənclər, Vətəninizi sevin. Mənim üçün ən önəmli olanlardan biri Türk dünyasının inkişafıdır. Mardində kasıb bir ailədən gələn bir uşağa bir şansı verən məmləkətinizə güvənin. Məmləkətim deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam”.

Əziz Səncər qeyd edib ki, gəncliyində hər dəfə 40 saat davamlı çalışıb, indi isə 12 saat çalışır :

“Siz gənclərə elmə yönəldən, bu festivalı təşkil edənlərə təşəkkür edin. Bu festivala dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Tanrı Türkü qorusun!”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir