Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edildi

Siyasət

Prezident İlham Əliyev Marqerita Kostanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edilib.

Spread the love