Türkiyə doqquz ölkəyə müdafiə sənayesi müşavirləri göndərir: Siyahıda Azərbaycan və Britaniya da var

Siyasət

Türkiyə doqquz ölkədə Müdafiə Sənayesi Ofisinin təşkilatını açacaq.

Müvafiq qərar “Resmi Gazete”də dərc edilib.

Həmin ölkələr Azərbaycan, Böyük Britaniya, Qətər, Pakistan, Braziliya, İndoneziya, Malayziya, Oman və Banqladeşdir.

Yaradılacaq təşkilatlar Ofisin səlahiyyətlərinə aid olan məsələlərdə diplomatik fəaliyyət göstərəcək, olduqları ölkədə müdafiə sənayesində baş verənləri və müvafiq qanunvericilik aktlarını izləyəcək, hesabat verəcək, qiymətləndirəcək və nəticələr barədə Ofisə məlumat verəcəklər.

Eyni zamanda həmin təşkilatlar olduqları ölkədə keçirilən ikitərəfli və çoxtərəfli beynəlxalq toplantılarda və müdafiə sənayesi ilə bağlı dövlət qurumlarında Ofisi təmsil edəcək, müdafiə sənayesi ilə bağlı strategiya və siyasətləri izləyəcək, keçiriləcək tenderlər haqqında məlumat toplayacaqlar.

Həmçinin, məhsul inkişaf etdirmək, üçüncü ölkəyə ixrac etmək və oxşar əməkdaşlıq layihələri imkanlarını araşdıracaq təşkilatlar iki ölkənin dövlət və yaxud özəl qurumları və təşkilatları arasında ünsiyyət və əməkdaşlığın inkişafına, möhkəmlənməsinə töhfə verəcək.

Tənzimləmə çərçivəsində doqquz ölkədəki səfirliklərdə Müdafiə Sənayesi Müşavir heyəti yaradılacaq.

Müdafiə sənayesi üzrə müşavirlər Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Bakı/Azərbaycan, Kuala Lumpur/Malayziya, Maskat/Oman, Dəkkə/Banqladeş, London/İngiltərə səfirliklərində çalışacaqlar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir