İsrail Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Siyasət

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın verdiyi məlumata əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu şərəfli bayram günündə Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, sülh və firavanlıq arzulayıram.

Ötən həftə baş tutan səmimi və səmərəli söhbətimizdən çox sevindim. Bu cür təmaslar əlaqələrimizin sıx olduğunu və inkişaf etdiyini göstərir. Fürsətdən istifadə edərək, müzakirələrimizi davam etdirmək üçün Sizi rəsmi olaraq İsrailə səfərə dəvət etmək istərdim. Sizi İsraildə qəbul etmək əsl şərəf olardı. Ümid edirəm ki, belə bir səfər İsraildə səfirliyinizin açılması üçün də bir fürsət ola bilər.

Ölkələrimiz xalqlarımız arasında sıx əlaqələrə əsaslanan tarixi tellərə malikdir. Azərbaycan sabitlik adasıdır və əsrlər boyu yəhudi xalqı üçün isti, qonaqpərvər və təhlükəsiz bir ev olmuşdur. Burada, İsraildə Azərbaycan əsilli vətəndaşlar cəmiyyətimizə böyük töhfələr verirlər və onlar milli rəngarəngliyimizin mühüm hissəsidir. Bu iki icma xalqlarımız arasında canlı körpü rolunu oynayır, ikitərəfli əlaqələrimizi daha da gücləndirir.

Müstəqillik Günü münasibətilə Sizə bir daha təbriklərimi çatdırıram. Xalqlarımızın qeyd edəcəkləri əlamətdar günlərin yaradacağı fürsətləri səbirsizliklə gözləyirəm”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir