Hazırda Ermənistan və Azərbaycanın münasibətlərin normallaşması prosesində irəliləmək imkanı var.
Bu fikri çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid səsləndirib.
“Hesab edirəm ki, indi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dinc nizamlanma sahəsində irəliləyiş imkanı var”, – ABŞ xarici siyasət rəsmisi brifinq zamanı jurnalistlərə bildirib.
“Düşünürəm ki, biz hər iki ölkənin mühüm addımlar atdığını gördük. ABŞ bunu çox rəğbətlə qarşılayır”, – Donfrid qeyd edib.
Mənbə: TASS