Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib

Siyasət

Macarıstan Dövlətinin Prezidenti Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın verdiyi məlumata əsasən, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırım.

Azərbaycan Respublikası ilə əlaqələr Macarıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanı strateji tərəfdaş hesab edir və buna görə də mən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam.

Mən öz fəaliyyətimlə qarşıdakı dövrdə ikitərəfli münasibətlərimiz üçün yeni, qarşılıqlı faydalı perspektivlər yaradılmasına çalışacağam.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir