Siyavuş Novruzovun istefası qəbul olunub

Siyasət

Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini postundan istefası qəbul edilib.

Bu barədə  YAP-dan məlumat verilib.

Xatırladaq ki, ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə töhmət alan, Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) İcra katibinin müavini postundan istefa verdiyi bildirib.

S.Novruzovun adı YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb və yalnız partiyanın İdarə Heyəti siyahısında saxlanılıb.

Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən digər şəxslər də inzibati qaydada məsuliyyətə cəlb olunublar. Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktorunun həyat yoldaşı, müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimə olunublar.

Könül Cəfərli 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir