
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötməsi ilə bağlı paylaşım edib.
Bununla bağlı o “Twitter”də paylaşım edib.
Paylaşımda deyilir:
“Qardaş ölkələr – Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair tarixi Şuşa Bəyannaməsinin 1-ci ildönümünü qürurla qeyd edirik. “Bir millət, iki dövlət” şüarını sözlə deyil, əməllərimizlə həyata keçiririk. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi!”