İlham Əliyev: “Ermənistan Gürcüstanda üçtərəfli görüş keçirilməsindən imtina edir”

Siyasət

“Azərbaycanın mövqeyi budur ki, Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiya olsun”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

İlham Əliyev bildirib ki, Azərbaycan bu istiqamətdə ilk addımların atılması üçün təkliflər verib. 

“Biz bu məsələdə Gürcüstanla məsləhətləşmələr aparırıq. Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir.

Rəsmi Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Gürcüstanda üçtərəfli görüş keçirilməsini və dialoqa start verilməsini dəstəkləyir. Təəssüf ki, Ermənistan bundan imtina edir”, – deyə Prezident əlavə edib.

İlham Əliyev bildirib ki, bir neçə Avropa institutu da eyni təklif səsləndirir və Ermənistan yenə bundan imtina edir. 

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir