Şefik Caferoviç: “Biz Ukraynaya qarşı ədalətsizliyin qarşısının alınması üçün hər şeyi edəcəyik”

Siyasət

“Biz Ukraynaya qarşı ədalətsizliyin qarşısının alınması üçün hər şeyi edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, Bosniya və Herseqovina böyük və nəhəng ölkə deyil:

“Ölkəmizdə müsəlman, xristian, yəhudi icmaları mövcuddur. Bu da ölkəmiz üçün qürurverici nümunədir. Bosniya və Herseqovina Balkan yarımadasında inkişaf edən ölkəyə çevrilib”.

Ş.Caferoviç çıxışında Azərbaycan Prezident İlham Əliyevə azad edilmiş ərazilərin bərpası ilə bağlı da uğurlar arzulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir