Tatyana Valovaya: “Bakı Forumu qlobal problemlərin müzakirəsi üçün zəruri tədbirdir”

Siyasət

“Ukraynadakı müharibə ciddi böhrana və ərzaq qiymətlərinin artmasına səbəb olub”.

“Report” xəbər verir ki, bunu BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O bildirib ki, dünya İkinci Dünya müharibəsindən bəri ən ağır geosiyasi böhranla üz-üzədir:

“Lakin bu, yeganə böhran deyil. İqlim problemlərini və pandemiyanın nəticələrini unutmamalıyıq”.

Onun sözlərinə görə, Qlobal Bakı Forumu dünya problemlərinin müzakirəsi üçün vaxtında keçirilən zəruri tədbirdir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir