“Trans Adriatik Boru Kəməri (TAP) təkcə region və Azərbaycanla əməkdaşlıq üçün deyil, həm də bütün Avropanın enerji təchizatı baxımından əhəmiyyətlidir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Albaniya Prezidenti İlir Meta deyib.
Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu günün aktual çağırışlarının, təhlükəsizlik məsələlərinin, həmçinin pandemiyanın və onun bəşəriyyətə, qlobal iqtisadiyyata təsirinin müzakirəsi üçün mühüm platformadır.
“Həmçinin forum zamanı ölkəmin yerləşdiyi regionla bağlı maraqlı müzakirələr aparılıb. Qərbi Balkan regionu ilə Cənubi Qafqaz arasında oxşarlıqlar var. Odur ki, enerji sahəsində təhlükəsizlik daxil olmaqla, əməkdaşlığımızı necə gücləndirə biləcəyimizi müzakirə etmək vacib idi”, – İ.Meta vurğulayıb.