IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və Artan Bərabərsizliklər” mövzusunda müzakirələr aparılır

Siyasət

Azərbaycanın paytaxtında IX Bakı Qlobal Forumu çərçivəsində “Qloballaşma və Artan Bərabərsizliklər” mövzusunda panel iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş belə qlobal vergi tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə qədər təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadilələri aparılır.

Panel müzakirələrində Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın sabiq BMT və UNESCO səfiri, Women4Diplomacy-nin qurucusu Katalin Bogyay, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Harri Yakobs, Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak edirlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir