“Sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırırıq”.
Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Onun sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyətlə əlaqədar Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar:
“Hazırda sərhədlər bağlıdır. Ona görə də regiona səfər gerçəkləşdirə bilmirik. Sərhədlər açılan kimi regiona səfər etməyi planlaşdırırıq”.