“Zamanla nazirlərlə deputatlar arasında gərginliklər olub. Nazirlər əvvəllər deputatların zənglərinə cavab vermirdilər”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Elşən Musayev deyib.
O bildirib ki, hazırda Azərbaycan hökuməti ilə parlament arasında əməkdaşlıq yaranıb.
Deputat qeyd edib ki, Azərbaycanın hazırkı hakimiyyəti ən ideal hökumətdir.
“Hökumətə cəmiyyət olaraq dəstək verməliyik. Azərbaycan hökuməti ləyaqətlə işləyir”, – deyə o əlavə edib.
Aqşin Kərimov