Belarusda prezident Aleksandr Lukaşenkonun tərəfdarları və əleyhdarlarının mitinqləri davam edir, baxmayaraq ki, ehtirasların intensivliyinin bir qədər azaldığı göz qabağındadır.
Prezident seçkilərindən bir neçə ay əvvəl, belarus politoloqг, “Aktual Konsepsiya” informasiya və təhsil müəssisəsinin direktoru Aleksandr Şpakovski səsvermənin nəticələri ilə razılaşmayan insanların kütləvi nümayişlərini gözlənildiyi barədə proqnoz səsləndirib.
Bununla yanaşı Aleksandr Şpakovski Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, seçkilərdə Aleksandr Lukaşenkonun qələbə qazanacağı ilə bağlı şübhə yox idi.
Bundan əlavə, mən qeyd etmişdim ki, “rəngli inqilab” cəhdlərinə baxmayaraq, konstitusiya quruluşu davamlılığını qoruyacaq, lakin vəziyyət uzunmüddətli siyasi böhran mərhələsinə keçəcək ki, bu da beynəlxalq aləmdə ölkəmizin mövqeyini çətinləşdirəcək. Belə də oldu.
Bəs bu gün nə baş verir?
Etirazların güc fazası azalıb. Anlamaq lazımdır ki, indi baş verən bu dinc aksiyalar, ona görə mümkün oldu ki, 9-12 avqustda hakimiyyəti zorakılıqla dəyişmək mümkün olmadı. O zaman məqsədi inzibati binaları və silah arsenalını ələ keçirmək olan kütləvi iğtişaşlar baş verdi. Etirazçılar asayiş keşikçilərinə hücum etməyə çalışırdılar, barrikadalar qururdular. Lakin bu risklərin qarşısı alındı. Nəticədə Belarusda etirazçıların cəmləşə biləcəyi məkan – “Maydan” yaranmadı. Etiraz aksiyalarına çıxan ekstremist niyyətli insanların əksəriyyəti saxlanıldı.
Təəssüf ki, dağıdıcı elementlərin təmizlənməsi prosesində dinc etirazçılar və təsadüfi olaraq hadisələrin mərkəzində olan vətəndaşlar da xəsarət aldılar. Əfsus ki, bu, oxşar növ etirazlar zamanı belə hallar tez-tez müşahidə olunur. Dinc insanlar təxribatçıların qurbanı olurlar. Biz hamımız Cin Şarpın (“rəngli inqilablar”ın ideoloqu – red) “polis zorakılığı etirazların miqyasını genişləndirməlidir” metodikasını bilirik.
Lakin hakimiyyəti laxlatmaq mümkün olmadı. Bütün ölkə ərazisində keçirilən prezidentə dəstək mitinqləri göstərdi ki, Aleksandr Lukaşenkonun ciddi ictimai dəstəyi var.
Prezident küçə siyasətinə qayıtmaq qərarına gəldi, o, mitinqlərdə çıxış edir, əmək kollektivləri ilə görüşür.
Güc strukturları əvvəl olduğu kimi yüksək səviyyədə dəstək nümayiş etdirilər. Bu gün küçələr də daxil olmaqla, ümumilikdə, vəziyyətin ağası Belarus hakimiyyətidir. Bizdə çətin, amma idarə olunan durum mövcuddur, baxmayaraq ki, etirazların səngiməsindən danışmaq hələ tezdir. Mənim fikrimcə, bu hərəkatın təşkilatçıları tələbələrə təsir etməyə çalışacaqlar, axı tezliklə yeni tədris ili başlayacaq və universitetlər tələbələrlə dolacaq. İşçilərə təsir etmək mümkün olmadı, buna görə hədəfdə gənclər olacaq.
Etirazların iqtisadi ziyanı haqqında nə demək olar? Aydındır ki, onun olmaması mümkün deyil…
Oktyabr-noyabr aylarında dünya iqtisadiyyatında koronavirus böhranının doğurduğu nəticələrin ən yüksək həddə çatacağı gözlənilir. Müvafiq olaraq, Belarus iqtisadiyyatı ixrac yönümlü iqtisadiyyat olaraq, bunu tam olaraq öz üzərində hiss edəcək. Mövcud siyasi böhran artıq ölkəmizə təxminən 500 milyon dollara başa gəldi. İlkin mərhələdə (etirazları nəzərdə tutur – red.) Belarus dövlətinin qiymətli kağızları əhəmiyyətli dərəcədə dəyərsizləşdi, baxmayaraq ki, indi bərpa olunur. Amma iqtisadi vəziyyətin pisləşməsi etirazların sosial bazasını genişləndirə bilər.
Gəlin iqtisadiyyat mövzusuna davam etdirək. Bakı və Minsk bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Bu il Azərbaycan neftini daşıyan altı tanker Belarusa göndərilib…
Bu, bizim üçün çox vacibdir. Biz hələ ötən qışda qarşımıza enerji tədarükünün şaxələndirilməsi vəzifəsini qoyduq. Belarus Azərbaycanla və bu sahədə digər tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindədir. Tankerlərin göndərdiyi neftin qiyməti ölkəmiz üçün münasibdir. Bu, ölkələrimiz arasında vacib bir uğurdur və ümid edirəm ki, mövcud siyasi böhran vəziyyətə heç bir şəkildə təsir etməyəcək.
Qərb mediası, məsələn, “Bloomberg” kimi nüfuzlu agentlik, Kremlin Aleksandr Lukaşenkonun getməsinə hazırlaşdığı barədə mesajlar yayır. Həqiqətənmi Moskva ilə Minsk arasındakı münasibətlər pisləşib, bu münasibətləri əvvəlki yüksək səviyyəyə qaytarmaq mümkün deyil?
Mən diqqəti ona yönəltmək istərdim ki, son bir neçə gün ərzində Belarus və Rusiya prezidentləri bir neçə dəfə zəngləşiblər. Yəni əlaqələrin yüksək intensivliyi qalır. Bundan əlavə, Rusiya Belarusdakı seçkilərin nəticələri ilə bağlı artıq öz mövqeyini bildirdi. Vladimir Putin Aleksandr Lukaşenkonu qələbə münasibətilə təbrik edən ilk şəxslərdən biri oldu. Ancaq təbii ki, rusiyalı dairələrin fərqli fikirləri var. Bəzilərinə görə, xüsusən oliqarxiyanın nümayəndələri üçün, ölkəsinin maraqlarını müdafiə edən Aleksandr Lukaşenko, “boğazda sümük”dür, onlar istəyərlər ki, Belarus prezidenti vəzifədən getsin. Məsələ burasındadır ki, bu baş verərsə, qeyd etdiyimiz qüvvələr sərhədlərinin qərbində stabilliyi tamamilə pozulmuş bir ərazi ilə qarşılaşmalı olacaqlar.
Gəlin sizə bir az Belarusda bir növ hakimiyyətlə danışıqlar üçün yaradılan Müxalifətin Koordinasiya Mərkəzi haqqında danışım. Orada 600-dən çox insan var, bu, bir-birindən tamamilə fərqli insanlardır və aralarında heç bir razılaşma yoxdur. Onların edəcəyi ilk şey vəzifə bölmək olacaq. Belarusda etirazlar Böyük Vətən Müharibəsi illərində anti-sovet kollaborasionistlər tərəfindən istifadə edilən ağ-qırmızı-ağ millətçi bayraq altında keçirilir. Beləliklə, Belarusda müxalifət qalib gələcəyi təqdirdə, Polşadan asılı olan qərbyönümlü bir hökumət meydana çıxacaqdı. Davamında isə Rusiya Federasiyası ilə əlaqələr kəsiləcək. Onlar bunu ermənilər kimi (2018-ci il “məxməri inqilab” dan sonra – red.) indi deyirlər ki, Moskva ilə təmas səviyyəsini nəzərdən keçirməyəcəyik. Amma daha əvvəl, Svetlana Tixanovskayanın (hal hazırda Belarusdan kənarda olan prezidentliyə müxalif namizəd – red.) proqramında Rusiya-Belarus İttifaq Dövlətindən və KTMT-dən çıxmaq niyyəti vurğulanmışdır. Axı Belarusun hərbi-strateji əhəmiyyəti Rusiya üçün çox vacibdir.
Daha başqa vacib bir məqam. Mən Kremlin Belarusdakı vəziyyətə təsirini şişirtməzdim. Aleksandr Lukaşenko, ilk növbədə, onu dəstəkləyən Belarus xalqının əhəmiyyətli bir hissəsinə güvənir. Bunun üstünə Belarus hüquq-mühafizə orqanlarının və ordunun sədaqətini də əlavə etmək olar. Beləliklə, Belarusun konstitutsion hakimiyyətinin sabitliyi şübhə altına alına bilməz.
Bir vaxtlar Azərbaycanda “rəngli çevriliş” təşəbbüsləri uğursuz oldu. Ancaq Ermənistandakı “məxməri inqilab” uğurla nəticələndi və yeri gəlmişkən, İrəvan ilə Moskva arasındakı münasibətlər olduqca gərgin oldu…
…Mən sizi başa düşdüm. Azərbaycanda “Maydan” Belarusdakı səbəblərdən baş tutmadı. Xalqın əhəmiyyətli bir hissəsinin dəstəyinə güvənən güclü dövlət rəhbərləri var. Burada xarici amil deyil, daxili amil işləyir.
Misal üçün Ermənistan. Bu ölkənin sabiq prezidenti Robert Köçəryan Vladimir Putinin dostudur, Serj Sarqsyan və Ermənistanın hərbi-siyasi elitası Rusiya elitası ilə çox yaxın münasibətdə idilər. Lakin buna baxmayaraq, onların ölkə daxilində legitimlikləri yox idi, bunun nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldi və Ermənistanın güc strukturları yeni rəhbərliyin xidmətinə keçdilər. Lakin Belarusun və Azərbaycanın daxili dayağı var.