XİN rəhbəri: “Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır”

Siyasət

“Münasibətlərin normallaşmasının süni şəkildə uzadılması mənfi təsirlərə gətirib çıxarır və bu, böyük risklərə səbəb olur”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycan da münaqişənin keçmişdə qaldığını bəyan edir: “Ermənistanla münasibətləri normallaşdırmaq üçün bütün üçtərəfli bəyanatları yerinə yetirmək lazımdır. Azərbaycan üçün prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Yaxın gələcəkdə biz məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının şahidi olacağıq”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir