Nazirlər Kabineti Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının idxalı qaydasını təsdiqləyəcək.
Bu, Prezident İlham Əliyevin “Qida təhlükəsizliyi haqqında” qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə dörd ay müddətində Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasını, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin formasını və təqdim edilmə müddətlərini, qida və yem məhsullarının tranzit daşıması qaydasını, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.