Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb – FOTO

Siyasət

28 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov, Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda 27 iyun tarixində yeni bir format olan Azərbaycan, Qazaxıstan, Türkiyə xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci görüşünün uğurla keçirildiyi qeyd edilib. Əlaqələrin genişlənməsinin regional sülh və tərəqqiyə müsbət töhfə verdiyi vurğulanıb.

Birol Akgün Azərbaycan ilə təhsil sahəsində uğurla davam edən əməkdaşlığı qeyd edib, gələcək fəaliyyət planları barədə məlumat verib. Azərbaycanın Təhsil Nazirliyi ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsində maraq ifadə edilib.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir