Əziz Səncər dövlət komitəsini 20 illik yubileyi münasibətilə təbrik edib

Siyasət

ABŞ Milli Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı Əziz Səncər yaradılmasının 20 illiyi münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubunda dünya şöhrətli alim qeyd edib ki, bu əlamətdar hadisə ilə yalnız qürur duymaq olar. 

“Mən bu fikri Azərbaycana səfərdə olarkən də bildirmişdim. Son illərdə türk diasporlarının birliyi, həmrəyliyi təqdirəlayiqdir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin, xüsusilə sizin rolunuz danılmazdır. Hörmətli Prezident İlham Əliyevin Azərbaycanın və digər türk dövlətlərinin inkişafı naminə Türk-Azərbaycan diasporlarının yumruq kimi birləşməsi yolunda həyata keçirdiyi diaspor siyasəti xaricdə yaşayan diaspor nümayəndələri tərəfindən uğurla icra olunmaqdadır. Mən Amerika Birləşmiş Ştatlarını misal gətirə bilərəm.

Burada Azərbaycan, Türkiyə və digər türk dövlətlərinin birliyi, həmrəyliyi baxımından fəaliyyəti yüksək qiymətləndirirəm. Yaradılmasının 20 illiyi münasibətilə komitəni təbrik edir, türk diasporunun gücləndirilməsi, dünya miqyasında mütəşəkkil qüvvəyə çevrilməsi istiqamətində xidmətlərində Diasporla İş üzrə Dövlət Komitəsinə davamlı uğurlar arzulayıram”, – deyə Əziz Səncər bildirib. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir