“Azərbaycan digər Xəzəryanı dövlətlərlə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir” – RƏY + FOTO

Siyasət

“İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı bir sıra vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Xəzəryanı ölkələrin əməkdaşlıq məsələləri, Xəzər dənizinin hüquqi statusu, Xəzəryanı dövlətlər üçün yeni imkanlar barədə dəyərli fikirlərini bölüşdü”.

“Report”un məlumatına görə, bu sözləri deputat Jalə Əhmədova deyib.

O qeyd edib ki, Azərbaycan digər Xəzəryanı dövlətlərlə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir:

“Bu baxımdan 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya tarixi əhəmiyyət kəsb edir. Belə ki, bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edir və onun tezliklə qüvvəyə minməsi Xəzəryanı ölkələrin əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlərin həyata keçirilməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquq bazasının gücləndirilməsi, təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran digər sahələr üzrə çoxsaylı sazişlərin mövcud olması, yeni saziş layihələri üzərində işlərin aparılması, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və üçtərəfli formatda hüquqi qüvvəyə malik sazişlərin bağlanması da mühümdür”.

“Bizim fəaliyyətimizin əsasını Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətində bütün tərəflərin maraqlarının nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bu regionda yaşayan xalqların rifahının yüksəldilməsinə yönəldilmiş bir çox böyük layihələrin əsas tərkib hissəsi olaraq qalır. Bu baxımdan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin daha da yaxşılaşdırılması əməkdaşlığımızın əsas istiqamətlərindəndir. Bu istiqamətdə Xəzəryanı ölkələr arasında bağlanmış müqavilələr regionun beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə şərait yaradır. Belə ki, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan keçməklə yükdaşımaların həcminin artması müşahidə olunur. Bununla yanaşı, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin də həcmi artır. Bu limanın tikilərək istifadəyə verilməsi də ölkəmizin Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafına mühüm töhfəsidir”, – deputat vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir