“Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü müsbət qiymətləndirirəm”.
“Report” xəbər verir ki, bunu Venesuela parlamentinin üzvü Timoteo de Xesus Sambrano Gedes bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs təşkilatın bütün üzvlərinə böyük üstünlük verir:
“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı kimi konfranslar isə ölkələr və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə kömək edir”.
Venesuela parlamentinin üzvü deyib ki, ölkəsi ilə Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. Venesuela Prezidenti Nikolas Maduronun Bakıya səfərini isə tarixi adlandırmaq olar:
“Bu səfər zamanı tərəflər müxtəlif sahələr üzrə müqavilələrin imzalanmasını müzakirə ediblər. Bundan sonra münasibətlərimiz yeni səviyyəyə qədəm qoyacaq”.