Ufuk Ulutaş: “Şuşa Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə qaldıran məkandır”

Siyasət

“Şuşa Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni, daha da yüksək səviyyəsini göstərən bəyannamənin imzalandığı yerə çevrilib”.

“Report” xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş Şuşada türk dövlətlərinin beyin mərkəzlərinin növbədənkənar toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Şuşada toplaşmağımız təsadüfi deyil”, – o bildirib.

U.Ulutaş vurğulayıb ki, geosiyasət beynəlxalq münasibətlərin reallığıdır: “Qarabağ münaqişəsi başa çatdıqdan sonra yeni reallığın yaranmasının şahidiyik. Üstəlik, Ukraynadakı münaqişə kontekstində geosiyasətdə dəyişikliklərin baş verdiyini görürük”.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb: “Bu əlaqələr qardaşlıq və müttəfiqlik münasibətləridir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir