Azərbaycanda İrəvandakı Göy məscidlə bağlı araşdırma aparılıb

Siyasət

“İrəvanda yeganə salamat qalan Azərbaycan məscidi Göy məsciddir. Ancaq təəssüflər olsun ki, həmin məscid bu gün bizim məscid kimi fəaliyyət göstərmir”.

“Report”un xəbərinə görə, bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.

O bildirib ki, İrəvandakı Göy məscid barəsində də araşdırma aparılıb:

“Yüzlərlə, minlərlə sənədlərdə məscidin mütəmadi təmiri, vəqfin idarə edilməsi ilə bağlı sənədlər Azərbaycan arxivindədir. Ona görə də bu məscid Azərbaycan məscidi kimi tanınmalıdır. Bunun üçün kifayət qədər sənədlər var. Göy məscid İrana bağlılığı olmayan bir məsciddir. Sənədlərə, tarixi faktlara əsaslanaarq onu demək olar ki, məscidin İran məscidi adlandırılması gülüncüdür. Buna dünya tədqiqatçıları da gülürlər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir