İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib – YENİLƏNİB

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı dövlətimizin başçısı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində İran Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüşdə ikitərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.

Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik edib. Qonaq İranın Azərbaycanla mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğulayıb.

Görüşdə, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir