Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb – FOTO

Siyasət

15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı bölgədə cari vəziyyət, Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir