Prezident: “Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır”

Siyasət

“Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır. Bütün ilkin şərtlər var”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söyləyib.

Azərbaycanın dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqlədiyini bildirən Prezident deyib: “Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir. Ona görə bu, investor üçün əsas şərtlərdən biridir ki, onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu, bizdə var, gözəl investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

Xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramının da yenidən işə saldığını qeyd edən dövlət başçısı kadr hazırlığının çox vacib məsələ olduğunu bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir