Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

Siyasət

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iyulun 18-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ursula Fon der Lyayeni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir