Prezident Elşad Əliyevi yüksək vəzifəyə təyin etdi

Siyasət

Prezident İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncama əsasən, Elşad Əliyev Dövlət Komitəsi sədrinin müavini təyin olunub.

O, bu təyinatadək Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olan Faiq Quliyev avqustun 17-də Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir