Rəşad İsmayılov Khalid Al-Sulayti ilə görüşüb – FOTO

Siyasət

21 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov Dohada yerləşən “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru Khalid Al-Sulayti ilə görüşüb.
 
Oxu.Az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə “Qatara” arasında mədəni əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıq, mədəniyyət sahəsində gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.
 
Xatırlatmaq istərdik ki, 2021-ci ilin sentyabr ayında “İçərişəhər” Dövlət  Tarixi Memarlıq Qoruğu İdarəsi və “Katara” Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 
Həmçinin, 08 dekabr 2021-ci il tarixində “Qatara” mədəniyyət şəhərciyində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm edən “Qardaşlıq” abidəsinin açılışı olub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir