Bolqarıstan Respublikasının Baş naziri vəzifəsini icra edən Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Kiril Petkovu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Kiril Petkov 21-22 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq. Səfər zamanı təbii qaz tədarükünün artırılması məsələsi müzakirə ediləcək. Bu barədə KİV-lər məlumat verir.
Bildirilir ki, Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.