“Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara başlamasından sonra, Ukraynanın hüquq mühafizə orqanları işğalçıların 34 min cinayətini qeydə alıb”.
“Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan növbəti süjetdə qeyd olunur ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsinin iclasında çıxış edərkən söyləyib.
Müəllif qeyd edir ki, V.Zelenski səmimi insan təəssüratı yaradır:
“Bu isə siyasətçi üçün üstünlükdənsə, daha çox mənfi cəhətdir. Amma onun utanması üçün heç bir əsas yoxdur. Zelenski güclü və məkrli düşmənin qarşısında dayanmaqla bir ölkə başçısı kimi əlindən gələni və hətta daha da artığını edir. Utanmalı olanlar isə Ukrayna şəhərlərində mülki əhalini öldürənlərdir”.
Videonun müəllifi fikrinin davamında 44 günlük Vətən müharibəsində Gəncə, Bərdə və Tərtər sakinlərinin Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalmasını xatırladaraq deyir:
“Heç bir iclas və beynəlxalq tribunallarda Azərbaycanın faciələri barədə heç kim heç nə eşitmədi. Azərbaycan özünə qarşı ədaləti çoxdandır gözləmir və ədaləti özü bərqərar edir. Azərbaycan hərbçisi istədiyi vaxt bu eyxmanların ardınca getməyə hazırdır və onların heç birinə vəkil təqdim etmək fikrində də deyil”.
Daha ətraflı “Caliber”in süjetində: