Azərbaycan Prezidentinin Türkiyəyə dəstək bəyanatı “TRT World” telekanalında müzakirə olunub – VİDEO

Siyasət

Ermənistanla hərbi ittifaqa daxil olmaqla Yunanıstan faktiki olaraq Türkiyə üçün yeni təhdid mənbəyi yaratmaq istəyir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.

S.Mikayılova bildirib ki, Ermənistanın Türkiyə əleyhinə fəaliyyəti bütün dünyada tanınır:

“Biz Ermənistanın Türkiyə və Azərbaycana qarşı çoxsaylı terror aktlarının və digər təxribatlarının şahidi olmuşuq. Yunanıstanın Ermənistanla hərbi ittifaqa daxil olmaq niyyəti də əslində Azərbaycan və Türkiyəyə qarşı yeni hücumları planlaşdırmağa yönəlib”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir