“Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı işlər aparılır.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.
O bildirib ki, Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin də müzakirəsi gözlənilir.
Deputat qeyd edib ki, həmin qanun layihəsi Azərbaycanda xeyriyyəçiliyin hüquqi bazasını yaratmaq üçün mühüm addımdır.
M.Quliyev təklif edib ki, “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinin hazırlanması deputat Soltan Məmmədova həvalə olunsun.
“Həmin qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun yaradılması və Soltan Məmmədovun həmin qrupun rəhbəri olmasını təklif edirəm”, – deyə M.Quliyev əlavə edib.
Aqşin Kərimov