Türkiyə XİN rəsmisi Azərbaycanın ölkəsinə yatırdığı sərmayənin həcmini açıqladı

Siyasət

“Bakının azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları ilə dostluq və qardaşlıq nümunəsinin bir daha nə olduğunu dünyaya göstərdik”.  

Bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran deyib.

O bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər strateji əlaqələrin fövqündədir.

XİN rəsmisi Türkiyənin Azərbaycana sərmayəsinin həcmini də açıqlayıb. Nazir müavini qeyd edib ki, Türkiyə Azərbaycana 11 milyard dollar sərmayə yatırıb.

“Azərbaycanın isə Türkiyədəki yatırımları 20 milyard dollardır”, – deyə Y.S.Kıran əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə enerji layihələri Avrasiya coğrafiyasında mühüm əhəmiyyət qazanıb.

Nazir müavini onu da əlavə edib ki, Azərbaycan və Türkiyə terrorla və koronavirusla mübarizədə birgə səylər göstərirlər. 

Vebinar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir