Sergey Kozlov: “KTMT və Rusiya Ermənistanın fəaliyyətlərinə görə məsuliyyəti öz üzərlərinə götürməyəcəklər”

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev verdiyi açıqlamada Ermənistan rəhbərliyini Qarabağla bağlı danışıqlar prosesini pozmaqda günahkar adlandırıb. Status-kvonun saxlanılmasında məhz erməni tərəfinin maraqlı olduğunu düşünən bir çox beynəlxalq ekspertlər də bu fikri bölüşür.

Bu fonda növbəti təxribat xarakterli açıqlamanı Qarabağ separatçıları verdilər, onlar 2022-ci ildə öz “parlament”lərini Şuşaya köçürəcəklərini bəyan etdilər. Aydındır ki, bu Azərbaycanın reaksiyasına hesablanıb. Erməni tərəfi konfliktin kəskinləşməsinə gedir. Bəs görəsən, niyə?

Media.Az mövzu ilə əlaqədar “Sibir-Avrasiya” Ekspert Klubunun icraçı direktoru, Sibir İdarəetmə İnstitutunun Siyasət və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Sergey Kozlovla söhbət aparıb.

– Tanınmamış “DQR” nümayəndələrinin “parlamentlərini” işğal altındakı ərazilərə, Azərbaycan şəhəri Şuşaya köçürmək qərarına gəldikləri məlumdur. Bu şüurlu şəkildə edilir, gərginlik yaradılır. Bütün bunlar sülh yolu ilə həll prosesinə və danışıqlara kömək etmir. Digər tərəfdən, bu, Ermənistan tərəfinə status-kvonu saxlamağa heç cür kömək etməyəcək. Sizcə nə baş verir? Bəlkə, bu haqqında tez-tez danışılan dünya xaos sxeminin ayağına yazılır?

– Deyə bilərəm ki, konfliktin kəskinləşməsi heç kimə sərfəli deyil. Ancaq tərəflərdən biri bu cür nümayişkaranə tədbirlərə gedəndə, bu o deməkdir ki, həmin tərəf öz barışmazlığını göstərir. Erməni tərəfi bunu niyə edir? Mənə görə çox da aydın deyil. Ancaq bunun ümumi qlobal xaosa yönəlmiş hərəkatla həmrəyliyin təzahürü olduğunu düşünmürəm.

– Bir neçə ay əvvəl Ermənistanın Baş nazirinin həyat yoldaşı Anna Akopyan Qadınlar sülh naminə kampaniyasını başlatdı. Ancaq sonra onun özü bir qrup qadınla işğal olunmuş Azərbaycan ərazilərində döyüş hazırlığı kursu keçdi. Bu günlərdə isə Anna Akopyan Ermənistan Müdafiə Nazirliyinin dəstəyi ilə Ermənistan qadınları üçün təlimlərin keçirilməsi təşəbbüsünü elan etdi. Regionda gərginlik artmaqdadır və bununla əlaqədar Azərbaycanın Müdafiə naziri Zakir Həsənov istənilən təxribatın qarşısını almağa hazır olmağa çağırıb.

– Yenə deyirəm, erməni tərəfinin bu yanaşması həqiqətən anlaşılan deyil. Tərəflərin hərbi potensialını qiymətləndirsək, bu baxımdan Azərbaycanın Ermənistandan həm texniki avadanlıq baxımından, həm də canlı qüvvə sayı baxımından əhəmiyyətli dərəcədə üstün olduğu tamamilə aydındır. Odur ki, erməni tərəfinin fəaliyyətləri məndə təəccüb yaradır.

Erməni tərəfinin məntiqini təhlil etməyə çalışsaq, o zaman Qarabağ və yeddi rayonun status-kvosunun qorunub saxlanması heç bir şəkildə erməni tərəfinin Azərbaycanı bəzi hərəkətlərə təhrik etməyə çalışması ilə uyğun gəlmir.

– Bəlkə məqsəd elə məhz budur? KTMT müttəfiqlərini cəlb etməkdir. İyul ayında Ermənistan və Azərbaycan sərhədində gərginlik baş verəndə bu alınmadı. İndi isə problem daha böyükdür. Türkiyə Azərbaycana tam dəstəyini bildirib. Bu, artıq yeni bir səviyyədir. Bəlkə də tapşırıq qlobal münaqişə yaratmaqdır?

– Mən əminəm ki, KTMT və Rusiya təşkilatın üzvlərindən birinin apardığı fəaliyyətlərə görə məsuliyyəti öz üzərinə götürməyəcək. Üstəlik, bu Rusiyanın kifayət qədər yaxşı münasibətlərinin və ikitərəfli öhdəliklərinin olduğu digər tərəf və ölkələrin iştirakı ilə münaqişəni gərginləşdirmək təhlükəsi yaradır. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir