Emin Ağalarov: “Qarabağ münaqişəsinin yeganə həll yolu torpaqların erməni işğalından azad olunmasıdır” – VİDEO

Siyasət

“Crocus Group”un birinci vitse-prezidenti və məşhur azərbaycanlı müğənni Emin Ağalarov Rusiyanın RBK kanalında yayımlanan “Bu nə deməkdir?” proqramında qonaq olub.

Bir sıra məsələlər barəsində sualları cavablandıran Emin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuya da toxunub.

O, Rusiya vətəndaşı olsa da, özünü azərbaycanlı hesab etdiyini bildirib və əlavə edib ki, münaqişənin yeganə həll yolu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir.

Emin Ağalarov fikrinin davamında vurğulayıb ki, bu məsələdə yeganə yol konfliktin Azərbaycanın maraqları doğrultusunda həll edilməsidir.

Sözügedən görüntüləri təqdim edirik:

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir