XİN rəhbəri: “Gürcüstanla sərhədin delimitasiyasının üçdə ikisi başa çatdırılıb”

Siyasət

“Gürcüstanla dövlət sərhədinin delimitasiya məsələlərinin üçdə ikisi başa çatdırılıb, müzakirələr davam etdirilir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ekspertlərin sərbəst hərəkəti üçün münbit şərait olmalıdır.

Öz növbəsində, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib ki, görüşdə “Keşikçidağ” haqqında da müzakirə aparılıb:

“Təəssüf ki, keçən il bir sıra insident oldu, amma vəziyyət sonradan müsbətə doğru dəyişdi”.

O bildirib ki, ziyarətçilər artıq “Keşikçidağ”a gedib gəlirlər.

Nazir dövlət sərhədinin delimitasiyası ilə məşğul olan komissiyanın üzvlərinin yeniləndiyini, ekspertlərin yeni qərarlarının qəbul edildiyini diqqətə çatdırıb:

“Artıq tanış olmaları üçün Azərbaycan tərəfinə bu sənədləri çatdırmışıq. Bu prosesin yeni baxışla idarə edilməsi üçün əlimizdən gələni edirik. Onu da qeyd edim ki, 2006-2007-ci illərdə razılıq əldə etdiyimiz bəzi qərarları dəyişə bilərik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir