Ceyhun Bayramov Gürcüstanın baş naziri ilə görüşdü

Siyasət

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, C.Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.