İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasındakı çıxışı BMT-nin saytında – FOTO

Siyasət

BMT-nin informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışını xüsusi xəbər kimi yayıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Prezidenti Baş Assambleyada: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır” sərlövhəli informasiyada dövlətimizin başçısının Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, həmçinin Azərbaycanın sabit, müasir, demokratik və multikultural dövlət kimi inkişafı ilə bağlı fikirləri yer alıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin çıxışının BMT-nin informasiya portalında xüsusi xəbər kimi verilməsi dövlətimizin başçısının çıxışının əhəmiyyətinin, aktuallığının və İlham Əliyevin dünyada siyasi nüfuzu və çəkisinin əyani göstəricisidir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir