Rusiya Azərbaycanlıları Diaspor Təşkilatları Konfederasiyası bəyanatla çıxış edib

Siyasət

Rusiyanın Azərbaycanlı Diaspor Təşkilatları Konfederasiyası Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-də səhər saatlarında cəbhə xətti boyunca yerləşən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından atəşə tutulması və bunun nəticəsində Azərbaycan Respublikasının hərbi qulluqçularının və mülki vətəndaşlarının öldürülməsi və yaralanması ilə əlaqədar bəyanatla çıxış edib.

“Ermənistan bir daha bölgədəki sülhə və sabitliyə qarşı olduğunu nümayiş etdirdi”, – deyə diaspor təşkilatının açıqlamasında qeyd olunur.

Qeyd olunur ki, Rusiya Federasiyasının böyük Azərbaycan diasporası Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərinə qəsdən və məqsədyönlü hücumlarını qətiyyətlə pisləyir.

Bəyanatın mətnində vurğulanır ki, mövcud vəziyyət üçün bütün məsuliyyəti Ermənistanın siyasi rəhbərliyi – şəxsən N. Paşinyan və onun tərəfdarları daşıyır.

“Biz bütün fəaliyyətini Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirmək və ərazi bütövlüyünü, suverenliyini qorumağa həsr etmiş, Ermənistan rəhbərliyinin bütün beynəlxalq səviyyələrdə cəfəng hərəkətlərinə və bəyanatlarına layiqli cavablar verən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət kursunu tam dəstəkləyirik və təqdir edirik.

Biz Rusiya və dünya ictimaiyyətini Ermənistan rəhbərliyinin apardığı, həm bölgə ölkələri, həm də xalqları və bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək təhlükəli siyasətini qətiyyətlə pisləməyə çağırırıq!”, – deyə bəyanatda qeyd olunur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir