“Pakistan qardaş Azərbaycan xalqının yanındadır və özünümüdafiə hüququnu dəstəkləyir. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik ki, bu da yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur”.
Bu barədə Pakistan Respublikasının Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Qeyd edilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır:
“Pakistan Ermənistan qüvvələrinin həftəsonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini mülki əhalisini intensiv atəşə tutmasını qınayır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər.
Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır”.