Tehran Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunması üçün öz vasitəçiliyini təklif etdi

Siyasət

“Tehran Ermənistanı və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar prosesinə başlamağa çağırır”.

TASS-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Tehran tərəfləri təmkinli olmağa, eyni zamanda, atəşkəsə və iki ölkə arasında danışıqlara başlamağa çağırır”, – deyə o bildirib.

Diplomat “İranın Azərbaycanla Ermənistan arasındakı silahlı toqquşmalardan narahat olduğunu və onları yaxından izlədiyini” də qeyd edib.

“İran XİN İranın barışıq yaratmaq və tərəflər arasında dialoqa başlamaq üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bəyan edir”, – o deyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir