Peskov: ehtiyac olarsa, Vladimir Putinlə İlham Əliyevin danışıqları baş tutacaq

Siyasət

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, ehtiyac olarsa, Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyevin danışıqlarının baş tutacağını bəyan edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, bazar günü Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı aparıblar və Dağlıq Qarabağda eskalasiyanın qarşısını almaq üçün hər cür səy göstərməyin vacibliyini qeyd ediblər.

“Ehtiyac olarsa, əlbəttə ki, danışıqlar reallaşacaq. Lakin bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan etibarən Rusiya Xarici İşlər naziri Sergey Lavrov, şəxsən, Bakıdakı və İrəvandakı həmkarları ilə davamlı olaraq təmas saxlayıb”, – Peskov jurnalistlərə Rusiya prezidentinin Azərbaycan rəhbəri ilə təmas qurmağı planlaşdırıb-planlaşdırmayacağı barədə sualı cavablandırarkən deyib.

Peskov həmçinin hesab edir ki, indi Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsində kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirməyin zamanı deyil, hərbi əməliyyatları dayandırmaq vacibdir, deyə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir və əlbəttə ki, münaqişənin nizamlanmasında belə bir hazır vasitəçi rolunu yerinə yetirmək və müxtəlif səviyyələrdə belə bir hazırlıq istəyi vurğulanır. İndi hər şeydən əvvəl kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək əvəzinə, hərbi əməliyyatları dayandırmaq vacibdir. Rusiya hər zaman balanslı mövqe tutub. Məhz bu mövqe Rusiyaya münaqişəni nizamlamaq imkanı verir”, – deyə Peskov jurnalistlərin Kremldə Dağlıq Qarabağda qarşıdurmanın kəskinləşməsinin təşəbbüskarı və bununla maraqlanan hansı tərəfin olduğuna dair sualları cavablandırarkən bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir