Ceyhun Bayramovdan cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA

Siyasət

“Sentyabrın 27-də, səhər saatlarda Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozub. Düşmənin açdığı atəş nəticəsində hərbi qulluqçularımız və mülki əhali arasında həlak olan və yaralananlar var idi”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov keçirilən brifinqdə bildirib.

O bildirib ki, Azərbaycan Ordusu düşmənin hücumuna adekvat cavab verib:

“Bu hadisə baş verəndən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib”.

“XİN bununla bağlı rəsmi bəyanat yayıb və beynəlxalq təşkilatlara çatdırıb”, – deyə nazir qeyd edib. 

İlhamə Əbülfət

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir