Almaniya Bundestaqında Alman-Cənubi Qafqaz parlament qrupunun sədri, Sosial Demokratlar fraksiyasının üzvü Barbara Hendriks Dağlıq Qarabağdakı vəziyyəti “çox təhlükəli” hesab edir və münaqişə tərəflərinin “ağıllı davranışına” ümid bəsləyir.
O, bu barədə Almaniyanın DW.com saytına müsahibəsində bildirib. Hendriks vəziyyətin indiki kəskin gərginləşməsində kimin məsuliyyət daşıdığını mühakimə etmədən, əsas problemi Ermənistanın bu bölgəyə münasibətdə beynəlxalq hüququn fəaliyyətini tanımamasında görür.
“Bu vəziyyətdə beynəlxalq hüququn Azərbaycanın tərəfində olması tamamilə birmənalıdır”, – deyən Hendriks Almaniya qəzetinə verdiyi müsahibədə qeyd edib və İrəvanı ermənilər üçün nə qədər çətin də olsa, Dağlıq Qarabağın Azərbaycan ərazisinin bir hissəsi kimi tanımağa çağırıb.
Öz növbəsində, Almaniyanın “Yaşıllar” Partiyasından olan Avropa Parlamentinin deputatı Sergey Laqodinski hesab edir ki, Ermənistanın güzəştə getməlidir.
“Deutschlandfunk” radiosuna müsahibəsində o, qeyd edib ki, “Dağlıq Qarabağ heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən müstəqil bir dövlət kimi tanınmır. Hamı onun Azərbaycan ərazisi olduğu ilə razılaşır”.
Avropa Parlamenti deputatının sözlərinə görə, söhbət Dağlıq Qarabağın “mədəni muxtariyyəti” ilə əlaqəli olmalıdır.