Deputat: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Minsk qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq”

Siyasət

“Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedirlər, rəşadətlə vuruşurlar. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır.

“Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edəsən?! Fransa bu gün ATƏT-in Minsk qrupunun həmsədri kimi öz etimadını itirib. Azərbaycan diplomatiyası qətiyyətli addım atmalıdır. Fransa səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir. Bu cür bəyanatlar qətiyyən Azərbaycanda ruh düşkünlüyü yaratmır, əksinə ruh yüksəkliyinə səbəb olur. Ordumuz qələbə çalacaq”, – deyə o vurğulayıb.

Deputat Siyavuş Novruzov deyib ki, bu gün Azərbaycanın həmrəyliyi, xalqın Prezidentin ətrafında birləşməsi ölkəni gözü götürməyən dövlətləri narahat edir.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinə ehtiyac qalmayacaq:

“Bu istiqamətdə də iş gedir. Digər tərəfdən, hər gün Rusiyanın dövlət kanallarında ermənipərəst qüvvələr və ermənilər antiazərbaycan mövqeyindən çıxış edir. Bununla bağlı iş görülməlidir.

Rusiyada yaşayan azərbaycanlılara müraciət edirəm ki, gedib o televiziya kanallarına müraciət edin, söz alın, çıxış edin. Hər şeyi Prezidentin üstünə atmaq olmaz. Hətta Şahnazaryan o gün çıxışında dedi ki, mən Prezident İlham Əliyevin güclü çıxışının qarşısında Paşinyanın erməni xalqını gülünc vəziyyətə qoymasına əsəbiləşirəm. Həqiqətən də Rusiyada yaşayan azərbaycanlılar aktiv olmalı, ekranlara çıxmalıdırlar”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir